Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Könül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
Aktual.az
Xəbər 393 dəfə oxunub.