İslam Oyunlarında 5000-dən çox idmançı mübarizə aparacaq

İslam Oyunlarında 5000-dən çox idmançı mübarizə aparacaq

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlamasına bir il qalmış İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri Oyunlara hazırlığı qiymətləndirmək məqsədi ilə bu gün bir araya gəliblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, toplantı İSSF-in I vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboumun sədrliyi ilə işə başlayıb.

İclasda Koordinasiya Komissiyasının nümayəndələri Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi (AISGOC) tərəfindən hazırlanan bir sıra təqdimatlara tamaşa ediblər. Seminar zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, Açılış və Bağlanış mərasimləri, digər təşkilati yeniliklərlə bağlı geniş məlumatlar verilib.

“Azərbaycan idman dünyasında böyük irsə malik bir ölkədir və biz əminik ki, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar, tamaşaçılar üçün dünya səviyyəli tədbir təşkil edəcək" deyən Hamad Kalkaba Malboum Bakıya yenidən qayıtmalarından və hazırlıq işlərindəki mühüm və böyük irəliləyişləri eşitmələrindən məmnunluq ifadə edib: "Təşkilat komitəsinin oyunlara hazırlıq prosesindəki yüksək əhval ruhiyyəsi bizi çox sevindirir və Oyunlara bir il qalma mərhələsinin qeyd edilməsini səbirsizliklə gözləyirik".

Gənclər və idman naziri, AISGOC-un baş icraçı direktoru Azad Rəhmiov isə deyib ki, Bakıda Koordinasiya Komissiyasını qəbul etmək sonuncu görüşdən keçən dövr ərzində görülən işlərin yekununa bir daha nəzər salmağa və qarşıda duran planların icrasını bir daha müzakirə etməyə imkan yaradır: "12 gün davam edəcək IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Azərbaycanın böyük idman yarışlarını çox böyük uğurla həyata keçirdiyini nəzərə alsaq, ölkəmizə təşrif buyuracaq nümayəndələrin də Azərbaycandan xoş təəssuratlarla ayrılacağına əminik".

Qeyd edək ki, İSSF nümayəndələri Oyunların başlamasına bir ilin qalması münasibətilə təşkil olunmuş rəsmi Qala nahara qatılacaq və Oyunların açılışına geriyə sayımın başlanmasını Bakı sakinləril iə birgə qeyd edəcəklər.

Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR