Bu gün İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağa Bakıya gəlir.
Aktual.az bu barədə Trend-ə istinadən xəbər verir.
"Vitse-prezidentin rəhbərlik etdiyi heyət yanvarın 20-də ölkədə olacaq. Azərbaycan və İİB ölkənin iqtisadi və maliyyə prioritetlərini, bu istiqamətlərdə yaxın illərdə hansı tədbirlərin həyata keçirilməsini və həmçinin qarşıya qoyulan məqsədlərə çatmaq üçün İİB-in hansı yardımı edə biləcəyi müzakirə ediləcək”, - məlumatda deyilir.
Agentliyin həmsöhbəti səfər çərçivəsində Nazirlər Kabineti, İqtisadi və Maliyyə nazirlikləri ilə görüşlərin keçiriləcəyinin gözlənildiyini qeyd edib.
"İİB-in regional direktoru Hişam Maruf başda olmaqla heyətin bir hissəsi səfər üçün hazırlıqlar görmək, bankın yerli tərəfdaşları ilə görüşlər keçirmək üçün artıq Bakıdadır”, – agentliyin həmsöhbəti əlavə edib.
Aktual.az
Xəbər 678 dəfə oxunub.