Son günlər ölkə mətbuatında kommunat xidmətlərin qiymətinin qalxacağı ilə bağlı məlumatlar yayılır. İddia edilir ki, gələn ilin yanvar ayından etibarən qaz, su və işığın qiymətində bahalaşma olacaq.
İqtisadçı Samir Əliyev də qiymətlərin qalxacağını istisna etmir. AzVision.az-a açıqlamasında iqtisadçı bildirib ki, qiymət artımı gözləniləndir.
“Yanvar ayından istər nəqliyyat, istərsə də kommunal sahədə qiymətlərin bahalaşması qaçılmazdır. Əgər büdcədə nəzərdə tutulanlar həyata keçirilsə, qiymət artımı baş verəcək”-deyə Samir Əliyev bildirib.
Tarif Şurasından sorğuya cavab olaraq bildirilib ki, hələ ki, onlara belə müraciət daxil olmayıb.
“Kommunal və nəqliyyat xidmətlərində tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib”-deyə Şuradan bildiriblər.