Bakıda bədbəxt hadisə baş verib.
Aktual.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, hadisə Xətai rayonunda baş verib.
M.Hadi küçəsində yaşayan, 1941-ci il təvəllüdlü Nuhəli Ağayev yaşadığı mənzildə işıq lampasını dəyişərkən masadan yıxılıb.
Hündürlükdən zərbə ilə yerə dəyən 74 yaşlı kişi baş nahiyəsindən aldığı xəsarətdən oradaca ölüb.