İŞİD yeni kütləvi qətl videosunu yaydı

İŞİD yeni kütləvi qətl videosunu yaydı
  • DÜNYA

İŞİD terror qruplaşması beş britaniyalının edam edilməsinin videosunu yayıb.


Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, İŞİD edam edilənlərin ingilis casusu olduğunu iddia edib. 

"İndependent" qəzetinin yazdığına görə, terrorçular 10 dəqiqəlik videoda Britaniya baş naziri Devid Kemerona müraciət yollayıblar. İngilisjə Britaniya ləhjəsi ilə danışan terrorçu baş naziri "Ağ Evin qulu" və "imbesil", yəni zəif, gücsüz adlandırıb.

Edam edildiyi bildirilən «casuslara» narıncı köynək geyindiriblər və onlar «etiraf edirlər» ki, Britaniya xüsusi xidmət orqanlarına işləyiblər. 

Daha sonra onları cəlladın önündə diz üstə çökdürürlər. Terrorçulardan biri bildirir ki, onlar öz hökumətləri tərəfindən tərk ediliblər. Daha sonra terrorçulardan biri Britaniyanı tutaraq Şəriət qanunlarına tabe edəcəklərini bildirir: «Siz İraq və Əfqanıstandakı kimi uduzacaqsınız».

Amma videoda britaniyalıların necə edam edilməsi göstərilmir. Video edamdan öncə başa çatır. Britaniya ləhcəsi ilə danışan oğlan deyir: «Biz orda bütün kafirləri öldürəcəyik». 

«İndependent» videorolikin həqiqi olmasının yoxlanılmadığını bildirir. 

Videoda söhbət İŞİD-ə qoşlmuş Britaniya vətəndaşlarından getdiyi açıqca görünür. İŞİD-in il ərzində əldə etdiyi 900 milyon dolların 600 milyon dolları silahlı birləşmələrin maliyyələşdirilməsinə gedir. İŞİD xarici vətəndaşlara ayda 20 milyon dollar xərclənir. Onların hər biri ayda 600-1000 dollar maaş alır. Bu hesabat Amerikanın "Soufan Group" konsaltinq şirkəti tərəfindən dekabrın əvvəlində açıqlanmış qiymətləndirməni təsdiqləyir. Şirkətin məlumatına görə, İŞİD sıralarında 31 min xarici vətəndaş vuruşur. 

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR