İŞİD yaraqlıları 30 geyi edam etdilər

İŞİD yaraqlıları 30 geyi edam etdilər
  • DÜNYA

Dünyanın bir çox ölkələrində qadağan edilmiş (o cümlədən də Rusiyada) İŞİD terror qruplaşması homoseksualizmdə ittiham edilən 30 nəfərin edamına görə məsuliyyəti öz üzərinə götürüb.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq gey və lezbiyanların haqları üzrə komissiyanın rəhbəri BMT-nin Təhlükəsizlik Şurasına məlumat verib.

LGBT təşkilatının rəhbəri bildirib ki, islamçılar tərəfindən gey əlaqələrdə ittiham edilənlər daş-qalaq edilib, güllələnib, başları kəsilib və ya hündürmərtəbəli evlərin damlarından atılıb.  

Daha öncə məlumat verilib ki, İŞİD ekstremist qrupunun üzvləri homoseksualizmdə şübhəli bilinən gənc oğlanı damdan atdıqdan sonra o, sağ qalıb.

 
Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR