"İŞİD, Bəşşar Əsəd və terrorçu Demokratik Birlik Partiyası (PYD) eyni məqsədə xidmət edir".
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Suriya Türkmən Məclisinin Bayırbucaq bölgəsi üzrə məsulu İzzət Sohta bildirib.
O deyib ki, Suriyada oynanılan oyunları türkmənlər pozur: "Suriyada 3,5 türkmən var. Ölkənin dörd bir yanında yaşamağımız bizim ən əhəmiyyətli xüsusiyyətimizdir. Son 5 ildə oynanılan oyunun əsl mahiyyəti üzə çıxdı. İŞİD, PYD, Bəşar Əsəd üzdə düşməndirlər, ancaq eyni məqsədə xidmət edirlər. Hazırda üçü də birləşib Suriyanın ərazisini böyütməklə məşğuldurlar. Bu vəziyyət həm Suriya, həm də bölgə üçün olduqca təhlükəlidir. Suriyanın Tel-Abyad şəhərindən İŞİD və Bəşşar Əsəd silahlılarının zülmündən qaçaraq, Türkiyəyə sığınan türkmənlərin geri qayıtmasına PYD imkan vermir.
PYD Türkiyə sərhədinə doğru irəliləyir. Onların hədəfi Suriyanın Afrin şəhərini ələ keçirib, Aralıq dənizinə çıxmaqdır. Dənizə çıxmaq üçünsə mütləq türkmənlərin yaşadığı Bayırbucaq bölgəsini ələ keçirməyə çalışırlar", - o vurğulayıb.
Aktual.az