İctimai Təhüləsizlik müşaviri Məhəmməd Dərvişoğlu İŞİD-ə qoşulan türk vətəndaşlarının sayını açıqlayıb.
Aktual.az xəbər verir ki, 2015-ci ilin iyulundan etibarən İŞİD-ə qatılan, geri dönən və ya ölən türk vətəndaşlarının sayı 1000-1300 arasındadır.
İŞİD döyüşçülərinin sayının isə 40-70 min arasında dəyişdiyi bildirilir (Bir müddət öncə İŞİD terrorçularının 30 min civarında olduğu bildirilmişdi).
Şübhəli bilinən 3000-dən çox xarici ölkə vətəndaşından 1000-nin Türkiyəyə keçməsinə əngəl qoyulub, 300 nəfər haqqında deportasiya qərarı çıxarılıb.
Bütövlükdə isə 108 ölkədən 16 min nəfərin Türkiyəyə girişi əngəllənib.