İŞİD üzvləri 837 qadını - Edam etdilər

İŞİD üzvləri 837 qadını   - Edam etdilər
  • DÜNYA

"İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) üzvləri İraqın Mosul şəhərində 837 qadını edam ediblər. Tibb işçiləri şəhərin işğal edilən məqamdan öldürülən qadınların sayının məhz bu qədər olduğunu hesablayıblar. 

Bu barədə Aktual.az Report-a istinadən xəbər verir.

Qadınların əksəriyyəti terrorçular tərəfindən təsis edilən "şəriət məhkəməsi"nin çıxardığı hökmdən sonra qətlə yetiriliblər.

Qeyd olunur ki, edam qərarları müxtəlif bəhanələr altında çıxarılıb. Edama, əsasən əyalətin deputatlar şurasına namizədlər, dövlət qulluqçuları, həmçinin vəkil vəzifəsində çalışanlar, notarius və bərbər işləyən qadınlar məhkum ediliblər.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda terrorçuların əlinə keçib. 

Aktual.az

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR