İŞİD uşaqlara baş kəsməyi öyrədir - VİDEO

İŞİD uşaqlara baş kəsməyi öyrədir   - VİDEO
  • DÜNYA

İŞİD oğlan uşaqlarını öldürməyin qaydalarını öyrədir.

Videonu İŞİD öz səhifəsində paylaşıb. Burada 1-14 yaş arasında olan oğlan uşaqlarına xüsusi təlimlər keçirilir və onlara insanları necə öldürmək lazım olduğu öyrədilir.

İŞİD-ın əlindən qaçan 14 yaşlı Al-Yas Əhməd Ragib, düşərgədə onlara öyrədilənlər barədə danışıb. O deyir ki, İŞİD döyüşçüləri onlara boğazları necə kesmek və özlərini necə partlatmaq lazım olduğunu öyrədirdilər. Həmçini əl bombasında pini çəkmək və dərhal atmaq üçün təlimlər keçirdilər.

On yaşlı Əhməd isə deyir: "düşərgədə 80-dən çox Yezidi uşaqlar var idi. Bizə səhərdən axşam qədər təlim keçirdilər. Bizim şəkillərimiz və videolarımız Facebook-da dərc edilmişdir. Bizə dini tədris etmişdilər. Gündə bir dəfə yemək verirdilər".

İŞİD bu ilin avqust ayında İraqın şimalındakı Sincar əyalətini ələ keçirməklə çoxlu sayda Yezidilər ailəsini əsir götürüblər. Onlar arasında olan xanımları isə cinsi zorakılığa məruz qoyurlar.

Uşaqların sözlərinə görə, onlar öz xalqını öldürmək üçün tədris olunurlar.

Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR