Amerikada 1000 nəfəri İŞİD üçün öldürmək istəyən19 yaşlı gənc saxlanılıb.
AzVision.az xəbər verir ki, Jastin Sallivan atasının polisə müraciəti əsasında saxlanılıb. Belə ki, gənc öz planları barədə atasına danışıb. Atası isə dərhal polisə məlumat verib. Jastin Sallivan bu hərəkəti ilə İŞİD-ə dəstək olduğunu göstərmək istəyib.
Özünü terrorçu qruplaşamanın üzvü kimi təqdim edən Federal Təhlükəsizlik Bürosunun əməkdaşı ilə danışan 19 yaşlı gənc pul müqabilində öz valideynlərini də qətlə yetirməyə hazır olduğunu bildirib.
O, qeyd edib ki, kütləvi qətl üçün müxtəlif çaplı silahlar o cümlədən tərkibində zəhərli maddə olan bombalarda hazırlayıb. Belə ki, qaz bombaları partladıqdan sonra ona əl vuran hər bir şəxs zəhərin təsirindən öləcəkmiş.
Əgər onun planları sübut olunarsa Jastin Sallivanı 40 il həbs cəzası və 500 min dolllar cərimə gözləyir.
Aktual.az