İŞİD Türkiyəyə qarşı müharibə elan etdi

İŞİD Türkiyəyə qarşı müharibə elan etdi

Ankarada 100 nəfərin ölümü ilə nəticələnmiş terror aktı ilə bağlı hazırlanan sənəddə İŞİD terror təşkilatının ölkə ərazisindəki hava limanlarını da hədəf almasına dair məlumatlar yer alıb.

Aktual.az Ölkə.Az-a  istinadən xəbər verir ki, Türkiyə KİV-lərinin verdiyi məlumata görə,  təşkilatın əsasən Kayseri və Malatya hava limanları ilə bağlı kəşfiyyat xarakterli məlumatlar toplaması aydın olub.

Türkiyənin sərhədlərdə nəzarəti gücləndirməsi ilə təşkilat "Türkiyəyə qarşı müharibə elanı" qərarı verib.

Bu qərar çərçivəsində əsasən hərbi hissələr, jandarmalar, polis şöbələri, mülkü insanlar, müxtəlif sosial obyektlərin hədəf alındığı və onlar barəsində hər tərəfli kəşfiyyat məlumatlarının toplandığı, "canlı bombaların", eləcə də xüsusi partladıcı maddələrin hazırlandığı barədə məlumatlar əldə olunub.

Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR