İŞİD Türkiyənin 18 əyalətini partlatmaq istədi

İŞİD Türkiyənin 18 əyalətini partlatmaq istədi
  • DÜNYA

Terrorçu İŞİD qruplaşması Türkiyənin 18 əyalətində terror aktları törətməyi planlaşdırıb.

Aktual.az Report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, ötən il oktyarbın 1-də Ankarada törədilən terror nəticəsində 102 nəfər həlak olmuşdu. Bundan sonra terror qruplaşmasının özəyinin Türkiyənin Qaziantəp şəhərində yerləşdiyi aşkarlanmışdı. Qrupa Yunus Durmaz adlı terrorçu başçılıq edib. Onun kompüterindəki kodlaşdırılmış sənədlər araşdırıldıqdan sonra terrorçuların Türkiyədə çoxsaylı terror aktları törətməklə ölkədə xaos yaratmaq istədikləri müəyyən edilib.

Xəbərə əsasən, Yunus Durmaz hazırda Suriyadadır. 

Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR