İŞİD Türkiyədə İsrail və Rusiya vətəndaşlarına qarşı terror planlaşdırır

İŞİD Türkiyədə İsrail və Rusiya vətəndaşlarına qarşı terror planlaşdırır

"İslam dövləti" terror təşkilatı Türkiyədə İsrail və Rusiya vətəndaşlarına qarşı terrorlar planlaşdırır.

tual.az-ın AkTrend-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin "Habertürk" qəzeti ölkənin kəşfiyyatına istinadən yazıb.

Kəşfiyyatdan alınan məlumata görə, həmçinin Türkiyə vətəndaşları yəhudilərə qarşı da terror aktları hazırlayır.

Bu planlar Türkiyənin Qaziantep vilayətində həmin terror təşkilatının üzvləri saxlanıldıqdan sonra məlum olub.

Xatırladaq ki, martın 22-də Qaziantep vilayətində əməliyyat nəticəsində "İslam dövləti" terror təşkilatının 10 üzvü saxlanılıb. Bu gün həmin şəxslərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Partlayışın səbəbi minalanmış avtomobil olub.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR