Türkiyənin Şanlıurfa vilayətində Suriyadan olan iki jurnalist yaşadıqları evdə ölü tapılıb.
Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlər İbrahim Abdülkadir və Firas Hammadi başı kəsilərək qətlə yetirilib.
İŞİD-ə qarşı kəskin məqalələri ilə yadda qalan hər iki jurnalistin meyiti ailəsinə təhvil verilib. İlkin ehtimala görə, jurnalistlər İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qətlə yetirib.