İŞİD Türkiyə ilə sərhəddə daha 2 kəndə nəzarəti ələ keçirdi

İŞİD Türkiyə ilə sərhəddə daha 2 kəndə nəzarəti ələ keçirdi

Terrorçu İŞİD qruplaşması Suriyanın Türkiyə ilə sərhədində yerləşən Şeyx Reh və əl-Bal kəndlərində nəzarəti ələ keçirib.

Aktual.az report-a istinadən bildirir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Evi məlumat yayıb.

Dünən isə terrorçular müxalifətin nəzarət etdiyi Əl-Ray (Çobanbəy) qəsəbəsini yenidən ələ keçirib. Bu qəsəbədə əsasən türkmənlər yaşayır.

Türkiyənin dəstəklədiyi müxalifət aprelin 7-də Əl-Ray qəsəbəsini terrorçulardan azad etmişdi. Şeyx Reh və əl-Bal kəndləri bu qəsəbəyə yaxın ərazidə yerləşir.

Müşahidə evi bunu son bir ildə İŞİD-in "ən vəhşi hücum"u adlandırıb.

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR