İŞİD Suriya ordusunun yeganə təchizat yolunu kəsdi

İŞİD Suriya ordusunun yeganə təchizat yolunu kəsdi
  • DÜNYA

"İslam dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları Hələbdə Suriya ordusunun təchizat üçün istifadə etdiyi yeganə yolunu kəsiblər.

Aktual.az Oxu.az -a istinadən xəbər verir ki, bu barədə "Al Masdar" məlumat yayıb.

Telekanalın məlumatına görə, terrorçular fevral ayının 21-də axşam Milli müdafiə qüvvələrinin mövqelərini Hələb əyalətinin cənubi-şərqində yerləşən Rasm ən-Nafal yaşayış məntəqəsi ərazisində atəşə tutublar. Hökumət qoşunları geri çəkilməyə məcbur olublar.

Yaxın saatlarda Suriya ordusunun İŞİD yaraqlılarını yaşayış məntəqəsindən çıxarmaq üçün əks hücuma keçməsi gözlənilir.

Hələb vilayətində irimiqyaslı hücumlar gedir, Suriya ordusunu bu hücumları İslam inqilabının müdafiəçiləri korpusuna məxsus general Kasem Suleymaninin rəhbərlik etdiyi İran hissələri tərəfindən dəstəklənir.

Hücumların əsas məqsədi, türk sərhədi yaxınlığına yerləşən və islamçıların qismən nəzarət etdikləri Hələb şəhərinin təmizlənərək təcrid edilməsidir.

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR