İŞİD terror qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən “Yarmuk” qaçqın düşərgəsinə hücum ediblər.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, şahidlər düşərgənin böyük hissəsinin silahlıların nəzarətinə keçdiyini bildirir.
Məlumata görə, düşərgənin ərazisində şiddətli döyüşlər davam edir.
BMT-nin məlumatına görə, düşərgədə 18 min nəfərin məskunlaşıb.
İtkilər barədə məlumat hələlik verilmir.
Akktual.az