İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Dağıstanın Mahaçqala şəhəri yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi terrorçulara yaxın "Amaq" nəşrinə istinadən məlumat yayıb.
Partlayışın İŞİD-in yerli təşkilatı tərəfindən törədildiyi bildirilib.
Qeyd edək ki, dünən axşam Rusiya DİN-in avtomobil karvanı naməlum şəxslər tərəfindən partladılıb. Avtomobillərdə Krasnoyarsk şəhərinin polis əməkdaşları olub. Əldəqayırma partlayıcının işə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.