İŞİD paytaxt dəyişir

İŞİD paytaxt dəyişir
  • DÜNYA

Son günlər Fransanın və Rusiyanın İŞİD-ə qarşı hücumlarının sayının artması fonunda terror təşkilatının rəhbərləri ailələri ilə birgə Raqqadan Mosula köçməyə başlayıblar.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə mərkəzi London şəhərində yerləşən Suriya İnsan Haqları Müşahidə Şurası məlumat yayıb.

Məlumata görə, son günlər terror təşkilatının fəalları öz ailələri ilə birlikdə Raqqadan qaçırlar. Təşkilatın açıqlamasına görə, son 3 gündə Raqqaya edilən hücumlar nəticəsində ən azı 33 İŞİD üzvü məhv edilib.

Terror təşkilatı Raqqa şəhərini paytaxt olaraq qəbul edir.

Xatırladaq ki, dünən Rusiya Aralıq dənizindəki sualtı qayıq vasitəsilə İŞİD terror qruplaşmasına zərbələr endirib.

Zərbə Rusiyaya məxsus "Rostov-na-Donu" sualtı qayığındakı qanadlı raket vasitəsilə şərq hissəsindən vurulub. Hədəf Suriyanın Rəqqa şəhərinin ətrafı olub. Bu, Rusiyanın İŞİD-ə "Kalibr" qanadlı raketlər vasitəsilə vurduğu ilk zərbədir. 

Bildirilir ki, belə bir addım atmaqla Rusiya A321 sərnişin təyyarəsində törədilən terror aktına cavab vermiş olub. Belə ki, bu gün Rusiya rəsmiləri təyyarənin qəzaya uğramadığını, baş verən hadisədə İŞİD-in əli olduğunu bəyan edib. 

Eyni zamanda məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin terrorçulara zərbələrin daha da gücləndirilməsi haqqında sərəncam verib.

Elə həmin gün qruplaşma da öz növbəsində, yaydığı yeni video-müraciətdə Suriyada terrorçularla mübarizədə iştirak edən ölkələri növbəti terror aktları ilə hədələyib. Terrorçuların sözlərinə görə, ən yaxın hədəflərdən biri Vaşinqton olmalıdır:

“Yeni "səlib yürüşündə" iştirak edən bütün ölkələr öz payını alacaq. And içirik ki, Paris kimi biz Vaşinqtonu da vuracağıq”, - deyə video-müraciətdə deyilir. 

Noyabrın 15-də İraq xüsusi xidmət orqanları yeni informasiya yayıb. Onların verdiyi xəbərə görə, İŞİD terrorçu qruplaşması terror aktlarının keçirilməsi üçün üç ölkəni-Fransa, ABŞ və İranı vuracaqlarını bildiriblər.



Aktual.az

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR