Terrorçu İŞİD qruplaşması Liviyanın şimal-şərqində yerləşən Ras-Lanuf neft terminalına, eləcə də "Harouge Oil Cooperation" şirkətinin mənzil-qərargahına hücum edib.
Aktual.az report-a istinadən bildirir ki, məlumatı "Sky News Arabia" yayıb.
Hökumətyönlü silahlılarının terrorçulara qarş əməliyyat keçirmələrinə və onların mövqelərinə havadan zərbələr endirilməsinə baxmayaraq, İŞİD Liviyanın iki karbohidrogen ixracı terminalına - Əs-Sidr və ben-Cavada doğru irəliləməkdədir.
Qeyd edək ki, hər iki rayon Sirt körfəzi sahilində, Ras-Lanufun yaxınlığında yerləşir.