İŞİD terror qrupunun üzvləri ölkənin Suriyanın ən görkəmli alimi olan Xalid Əsədi edam edib.
Aktual.az xəbər verir ki, Palmira şəhəri İŞİD döyüşçülərinin nəzarəti altına keçdikdən sonra alim əsir düşüb. Terrorçular 82 yaşlı alimin başını kəsərək Palmira şəhər meydanından asıb. Xalid Əsəd düz 50 il qədim Palmira şəhərinin xarabalıqlarını araşdırmaqla məşğul olub.
Yerli qüvvələrin sözlərinə əsasən, Xalid Əsəd elm aləmində Palmira tarixinə həsr edilmiş bir sıra elmi işlər görüb. O, həmçinin amerikan və avropalı arxeoloqlarla yanaşı qədim şəhəri tədqiq edirmiş.