İŞİD London və Nyu-York hava limanlarını partladacaq

İŞİD London və Nyu-York hava limanlarını partladacaq

İŞİD bu bazar günü Londonun Hitrou hava limanını partladacağı barədə bəyanat yayıb.


Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məqsəd Amerikanın Müstəqillik Günün qeyd etmək istəyən insanların bu hava limanından Nyu-Yorka uçuşunun qarşısını almaqdır.

Federal Təhqiqatlar Bürosu konkret təhlükənin olmadığını bildirsə də, insanları ayıq-sayıq olmağa çağırıb. Hər iki şəhərin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilir.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İstanbulda terror aktının törədiləcəyi barədə öncədən məlumat vermişdi.

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR