İŞİD lideri əsir amerikalı qadını seks kənizinə çevirdi

İŞİD lideri əsir amerikalı qadını seks kənizinə çevirdi
  • DÜNYA

“İslam dövləti” (İŞİD) qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi Amerika humanitar missiyasının 26 yaşlı əməkdaşı, yaraqlılar tərəfindən əsir götürülən və 2015-ci ilin fevral ayında həlak olan Kayla Cin Mülleri dəfələrlə zorlayıb. Reuters bu barədə qızın ailəsinin nümayəndəsi Emili Letsnerə istinadən xəbər verir.

Aktual.az oxu.az-aistinadən xəbər verir ki, ABŞ federal axtarış bürosu tərəfindən qızın valideynlərinə 26 yaşlı qızlarına qarşı əsirlikdə dəfələrlə zor tətbiq olunduğu barədə xəbərdarlıq edilmişdi, bunu Letsner təsdiq edib. O, yaraqlıların Müllerə işgəncə verdiyini də bildirib, amma bunda əl-Bağdadinin əli olub-olmadığını təsdiqləməyib.

Daha öncə ABC telekanalı hökumətdə olan mənbələrinə istinadən hakimiyyətin Müllerin əl-Bağdadinin “şəxsi malı” olduğunu bəyan etmişdi. Telekanalın informasiyasına görə İŞİD-in lideri Mülleri Suriyada tunis islamçılarının liderlərindən biri, bu ilin mayında amerikalıların reydi zamanı öldürülən Əbu Səyafın evində saxlayırdı. Müllerin taleyindən Əbu Səyafın yaraqlılarının seksual kənizləri olan və əsirlikdən qaçan iki yeniyetmə qız danışıb.  

Kayla Cin Müller yaraqlılar tərəfindən 2013-cü ilin avqustunda Suriyanın Aleppo şəhərində əsir götürülüb. İslamçılar onun əvəzinə 5 milyon avro pul tələb ediblər. 2015-ci ilin fevralında Ağ ev Müllerin öldüyünü bildirib. “İslam dövləti” onun İordaniyanın HHQ-nin yaraqlıların Suriyanın şimalında Rakka şəhəri yaxınlığındakı mövqelərinə vurduqları aviazərbələr zamanı həlak olduğunu bəyan edib.

 
Xəbər 687 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR