İŞİD kamikadzelərinin komandiri öldürüldü

İŞİD kamikadzelərinin komandiri öldürüldü
  • DÜNYA

İraqın Müdafiə Nazirliyi İŞİD komandirinin ölümü barədə məlumat yayıb.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyi İŞİD-in kamikadzeləri hazırlayan komandiri Məhəmməd əl-Rauinin öldüyünü elan edib.

“Daxili İşlər Nazirliyinin kəşfiyyat qrupu terrorçu Məhəmməd Əbd Manaf əl-Rauinin Abu-Kamal şəhərində öldüyünü elan edir. Terrorçu yanvarın 7-də həyata keçirilən əməliyyat zamanı aldığı yaradan ölüb. Kəşfiyyat qrupu ölən terrorçunun Bağdadda kamikadzelərin hazırlanmasına cavabdeh olduğunu təsdiqləyib. Həmçinin o, partlayıcı qurğu quraşdırılmış maşınların Bağdad və Ramadi şəhərlərinə göndərilməsinə rəhbərlik edib”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Əl-Raui beynəlxalq axtarışda olub

Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR