İŞİD liderləri Suriyanı tərk edib Liviyaya gedirlər.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu Belçika mətbuatına açıqlamasında ekspert Olivye Qitta söyləyib. Onun sözlərinə görə, hazırda Liviyada ən azı dörd böyük terror təşkilatı fəaliyyət göstərir:
"Üstəlik, İŞİD-in 3-5 min döyüşçüsü də aktiv vəziyyətə gətirilib. İŞİD liderlərinin Liviyaya gəlməsi ilə bağlı da artıq işartılar mövcuddur. Liviya İtaliyadan 300 kilometr uzaqlıqdadır və ona görə də bu ərazi Avropa və Şimali Afrikaya terror hücumlarının həyata keçirilməsi üçün strateji bazadır. Bu ərazi avropalılar üçün Suriya və İraqdan daha təhlükəlidir".