İŞİD terror qruplaşması son 14 ay ərzində Suriya və İraqda işğal etdiyi ərazilərin təxminən 22%-dən çox hissəsinə nəzarəti itirib.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə IHS analitik agentliyinin hesabatında deyilir.
Hesabatda bildirilir ki, İŞİD bu müddət ərzində gəlirlərinin 40%-dən də məhrum olunub.
Analitiklər bunu terrorçuların Suriya-Türkiyə sərhədlərinə nəzarəti əldən verməsi ilə əlaqələndiriblər.