Sərhəddə döyüş olub.
“İŞİD” terror qruplaşmasının yaraqlıları İran ərazisinə daxil olmağa cəhd ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın Quru qoşunlarının komandanı Əmir Əhməd Reza Purdastan bazar ertəsi bəyan edib.
“Fevral-mart aylarında İŞİD yaraqlıları İran ərazisinə daxil olublar, kamekadze kəməri olan iki terrorçu Quru qoşunlarının qüvvələri tərəfindən dərhal məhv ediliblər”, - Purdastanın sözlərindən “Tasnim” agentliyi sitat gətirib.
İran hərbçisi hücumun ölkənin hansı ərazisində baş verdiyini dəqiqləşdirməyib, amma qeyd edib ki, hazırda sərhədlərdə heç bir təhlükə yoxdur.