İŞİD terror təşkilatı Suriyanın Deyr-Əz-Zor şəhəri yaxınlığında Rusiya istehsalı olan zenit-raket kompleksini ələ keçirib.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, İŞİD terror təşkilatı Suriya ordusuna aid "Kvadrat" ZRK-larını ələ keçirib.
Xəbərin yayılması Rusiyanı şoka salıb. Rusiyalı hərbi ekspertlərin bundan sonra İŞİD-in mövqelərini asanlıqla vura bilməyəcəklərini deyiblər. Çünki "Kvadrat" bütün növ qırıcıları asanlıqla vura bilmək imkanlarına sahibdir.
Məlumata görə, Rusiya kəşfiyyatı hazırda bu faktı araşdırmaqla məşğuldur.