İŞİD-in yeni planı: Hədəfdə Hollandiya və Türkiyədir

İŞİD-in yeni planı:   Hədəfdə Hollandiya və Türkiyədir
  • DÜNYA

İŞİD terror qruplaşmasının yeni planları məlum olub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Fransada 132 nəfərin ölümündən sonra terror qruplaşması Avropada yeni terror aktlarını həyata keçirməyi planlaşdırır.

Bu siyahıda Türkiyənin də adı var. Belə ki, türk kəşfiyyat idarəsinin əldə etdiyi xəbərə görə, koda dı “Abu Qutadah” olan Hazim Bin Ali Abd Al Salam ilə kod adı “Abu Musa” olan Abd Al Aziz Khudayr Ahmed al Jaburi İraqın Ninova şəhərində görüşərək yeni planın hədəflərini müəyyənləşdirmək üçün danışıqlar aparıblar.

Əldə olunan xəbərə əsasən hər iki terrorçu İŞİD-in Hollaniya və Fransada yenidən terror aktları törətməsini və Tunisdə hələ ki fəaliyyət göstərməsi üçün göstəriş gözləyən hücrələrin gələcək perspektivlərini nəzərdən keçiriblər.

Terrorçuların siyahısında Türkiyənin də adı var. Belə ki, qruplaşmanın əsas məqsədi hərbçiləri əsir götürmək və onların qarşılığında hərbi texnika və silahlar almaqdır.

Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR