İŞİD-in tərkibində döyüşən azərbaycanlı ilə bağlı YENİ HÖKM

İŞİD-in tərkibində döyüşən azərbaycanlı ilə bağlı   YENİ HÖKM
  • DÜNYA

Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Adilovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Aktual.az lent.az-a istinadən bildirir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinim hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib. 2015-ci ilin dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR