Misir polisi İŞİD terror təşkilatının regional liderini öldürüb.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ”Frans Press Agentliyi” məlumat yayıb.
Məlumata görə, öldürülən terrorçu İŞİD-ə biət edən Ənsar Beyt əl-Maqdis təşkilatının komandirlərindən Əşrəf Əli Həsən əl-Gərablidir.
Qeyd edək ki, Ənsar Beyt əl-Maqdis terror təşkilatı 4 noyabr 2014-cü ildə İŞİD-ə biət edib.
Aktual.az