İŞİD-in "maliyyə naziri" ələ keçirildi

İŞİD-in
  • DÜNYA


İraqın Ər-Ramadi şəhərinin azad olunması uğurunda aparılan əməliyyat zamanı İraq hərbçiləri İŞİD-də maliyyə naziri rolunu icra edən terrorçunu ələ keçiriblər.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə hərbi komandanlığın informasiya bürosu məlumat yayıb. Hərbi qüvvələrə “maliyyə naziri”nin yeri barədə şəhər sakinləri məlumat verib. Bildirilir ki, o əhali arasında gizlənərək terrorçuların tam zərərsizləşdirilməsindən sonra qaçmağı planlaşdırıb.

İraq ordusu dekabrın 27-də Ənbar vilayətinin Ər-Ramadi şəhərinin İŞİD terrorçularından tam azad edildiyini bəyan edib. Lakin vilayət qubernatoru ərazinin 20 faizinin hələ terrorçuların əlində olduğunu bildirib.

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR