Suriyada Koalisiyanın hava zərbələri zamanı İŞİD-in əsas komandirlərindən biri məhv edilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Agentliyin sözçüsü bildirib ki, İŞİD terror qruplaşmasının komandiri Əbu Candal əl-Kuveyti Suriyanın Rakka şəhərindən 40 kilometr aralıda yerləşən Fərat çayının yaxınlığında öldürülüb. Agentliyin məlumatına görə, o, bu şəhərdə qruplaşmanın əsas komandirlərindən biri idi.
Qeyd edək ki, Rakka şəhəri İŞİD-in Suriyadakı "paytaxtı" sayılır. 300 min əhalisi olan şəhər İŞİD tərəfindən 2013-cü ildə zəbt edilib.
Aktual.az
Xəbər 310 dəfə oxunub.