İŞİD-in bəstəkarı öldürüldü

İŞİD-in bəstəkarı öldürüldü

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının yaydığı təbliğat və edam videolarında səslənən mahnıların bəstəkarı və ifaçısı, "Nəşid ustası" kimi tanınan Maher Məşəl öldürülüb.

Aktual.az xəbər verir ki, o, Suriyanın Haseke şəhərində drondan buraxılan raketin partlayışı nəticəsində həlak olub.

Suriya ordusu və ABŞ hərbçiləri aylardan bəri Məşəli izləyirdilər.

İŞİD sıralarında "Əbu Zübeyr əl Cəzravi" kimi tanınan Maher Məşəl Səudiyyə Ərəbistanı vətəndaşı idi. O, 2013-cü ildə aprelində vətənini tərk edərək terror təşkilatına qatılmazdan əvvəl 5 il Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı məscidlərdən birində müəzzin olmuşdu.

 
Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR