İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani terror təşkilatının Bağdadidən sonra ikinci adamı sayılan Fadil Əhməd əl-Hayalin öldürüldüyü xəbərini təsdiqləyib.
"Hacı Mutaz" ləqəbli Əl-Hayal Əbu-Bəkr Bağdadidən sonra terror təşkilatının iki nömrəli adamı hesab olunurdu.
Əl-Hayalın ABŞ-ın həyata keçirdiyi hava əməliyyatından sonra öldürüldüyü bildirilir. Məlumata gorə, o, təşkilatda silah-sursat məsələləri ilə məşğul olurmuş. İŞİD-ə isə Əl-Qaidədən qoşulub.