İŞİD-in 140 üzvü məhv edilib ​Suriyada

İŞİD-in 140 üzvü məhv edilib  ​Suriyada

Suriya Hərbi Hava Qüvvələri İŞİD nəzarəti altındakı Rakka şəhərindəki Tabka aerodromuna aviazərbələr endirib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı Suriyanın SANA rəsmi agentliyi yayıb. 

Xəbərdə bildirilir ki, nəticədə İŞİD-in 140 üzvü ölüb, onlarla terrorçu yaralanıb. 

Qeyd edək ki, Rakka ölkənin şimalında yerləşən əni böyük şəhərdir və eyniadlı vilayətin inzibati mərkəzidir. Şəhər 2013-cü il martında İŞİD-in nəzarəti altına keçib.

Aktual.az

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR