İŞİD-in 10 lideri məhv olundu

İŞİD-in 10 lideri məhv olundu
  • DÜNYA

ABŞ-ın rəhbərlik etdiyi koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib.


Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren bildirib.

Stiven Uorrenin sözlərinə görə, dekabrın 26-da Mosulda aviazərbələr nəticəsində Parisdəki terror aktları ilə əlaqəsi olan terrorçu Əbdül Kader Hakim məhv edilib.

Onun sözlərinə görə, Parisdəki terror aktları ilə əlaqəsi olan daha bir neçə silahlı məhv edilib: "Digər terrorçular Qərb ölkələrinə əlavə hücumlar törətməyi planlaşdırıblar".

Pentaqonun rəsmi nümayəndəsi işin hələ bitməsini etiraf edib: "Biz hələ ki ilanın başını əzməmişik, bizi hələ çox işlər gözləyir".

Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR