İŞİD-i Amerika yaradıb - İranın dini lideri

İŞİD-i Amerika yaradıb   - İranın dini lideri
  • DÜNYA

“Amerikalı məmurların İslama olan düşmənçiliyi onları bu dinin müxtəlif təriqətləri arasında, o cümlədən sünni və şiələr arasında, nifaq yaratmağa sövq edir”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu bəyanatla İranın ali dini lideri Əli Xamenei çıxış edib.
O, qeyd edib ki, İŞİD terror qruplaşmasını ABŞ yaradıb.

“ABŞ məhz bu məqsədlə İŞİD kimi terror qruplaşmasını yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir”.

İranın ali dini lideri müsəlman ölkələrini müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, Qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir İslam sivilizasiyasının yaradılması istiqamətində birgə səylər göstərməyə çağırıb.

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR