İŞİD terror qruplaşmasının üzvləri Fransanı yeni terrorla hədələyib.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, yaraqlılar sosial şəbəkədə Parisdəki Eyfel qülləsinin partladılmasının videosunu yayıblar.
“Paris s'effondré” (“Paris süqut edəcək”) adlı 6 dəqiqəlik videoçarxda Qərb telekanallarının xəbərlərindən fraqmentlər və Parisdəki Eyfel qülləsinin partladılmasının kompüter qrafikası yer alıb.
Videoda ekstremistlər fransız dilində ölkə vətəndaşlarını terrorla hədələyirlər.