İŞİD Nüsra terror təşkilatının hərbi düşərgəsini ələ keçirib.
Aktual.az axar.az-a istinadən bildirir ki, hücum nəticəsində Nüsranın beş terrorçusu öldürülüb, 6-sı əsir götürülüb. Öldürülənlər arasında terror təşkilatının liderlərindən biri olan Əbu Maraya adlı şəxs də olub.
Qeyd edək ki, terror təşkilatları arasında savaş Ərsal rayonunda gedir. Bu rayon Livan-Suriya sərhədində yerləşir.