İŞİD-ə qoşulmuş qız: "Ora cəhənnəm idi" - VİDEO

İŞİD-ə qoşulmuş qız:

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasından İraqda qurtulmağı bacarmış 15 yaşlı isveçli Merlin Stivani Niverleynin dediyinə görə, cihadçı qrupun qaydaları altında həyat çox çətindir: "Ora əsl cəhənnəm idi".

Azyaşlı qız İraqın kürd televiziyasına bildirib ki, onu may ayında sevgilisi aldadaraq Suriyaya aparıb.

O, təxminən bir həftə əvvəl Mosul şəhəri yaxınlığında kürd xüsusi qüvvələri tərəfindən xilas edilib, kürd rəsmiləri bildirirlər.

Son illər ərzində İŞİD sıralarına ən azı 300 isveçlinin və minlərlə digər qərblinin qoşulduğu güman edilir.

Aktual.az BBC-yə istinadən bildirir ki, Kurdistan 24 kanalına müsahibədə qız deyib ki, o, sevgilisi ilə 2014-cü ildə, İsveçdə oxuduğu məktəbi tərk etdikdən sonra tanış olub.

// Aktual.az

Xəbər 9591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR