İŞİD-ə qoşulanlar vətəndaşlıqdan məhrum olunacaq

İŞİD-ə qoşulanlar vətəndaşlıqdan məhrum olunacaq
  • DÜNYA

İŞİD terror qruplaşmasına qatılan rusiyalıların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Aktual.az publika.az-a istinadən xəbər verir k, bu barədə Rusiyanın Şimali Qafqaz respublikalarından olan İnquşetiyanın prezidenti Yunus Bek Evkurov “Exo Moskvı” radiostansiyasına verdiyi müsahibəsində bildirib.

“Vətəndaşlıdan məhrum edilməsi gənclərin İŞİD-ə qatılmasını kəskin azaldacaq. Mən bildiyimə görə, qanun layihəsi mövcuddur və ümid edirəm ki, o qəbul ediləcək”, - Eevkurov deyib.

Daha əvvəl Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İŞİD-ə qatılan rusiyalıların vətəndaşlıqdan məhrum edilməsini təklif edib. Dövlət Dumasında isə bildiriblər ki, bu Konstitusiyaya ziddir.

MDB-nin Terrorçuluğa Qarşı Mərkəzin rəhbəri Andrey Novikovun məlumatına görə, “İslam dövləti” tərəfində Rusiyanın beş minə qədər vətəndaşı vuruşur.

Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR