İŞİD-ə qoşulan qadının həyat yoldaşı Ramil Usubova müraciət etdi

İŞİD-ə qoşulan qadının həyat yoldaşı Ramil Usubova müraciət etdi

İki qızı ilə birlikdə İŞİD-ə qoşularaq Azərbaycanı qanunsuz şəkildə tərk edən Pərvanə Yusifovanın həyat yoldaşı daxili işlər naziri Ramil Usubova müraciət edib.



Aktual.az AzNews.az-a istinadən xəbər verir ki,  bu barədə Suriyaya qaçan qadının həyat yoldaşı İlqar Yusifov məlumat verib. O, müraciət etmə səbəbini həyatının təhlükədə olması ilə əlaqələndirib. Nazirə edilən həmin müraciətdə bildirilir ki, ailəsini ölkədən çıxaran, onları cinayətkar qruplaşmalara yardım üçün aparan şəxslərlə bağlı aidiyyəti qurumlara müraciəti, eyni zamanda bu məsələni içtimailəşdirməsi onun həyatını riskə atıb: “Həyatımın təhlükədə olmasını hiss edərək sizdən xahiş edirəm ki, həyatımın təhlükəsizliyini təmin edəsiniz”. 



Qeyd edək ki, Bakı sakini İlqar Yusifov AzNews.az-a müraciət edərək ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər Nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb. Bildirib ki, ailəsinin Suriyaya qaçacağını əvvəldən hiss etdiyinə görə aidiyyəti qurumlara müraciət edib, müəyyən vəzifəli şəxslərlə şəxsən görüşərək problemi onlara çatdırıb. Həmin şəxslər məsələni diqqətdə saxladıqlarını, ailənin ölkədən çıxmasının mümkün olmayacaqlarını bildiriblər. Lakin bir müddət sonra ailə sərhədi keçə bilib. Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi ailənin sərhədi qanunsuz olaraq necə keçməsi barədə araşdırmalalara başladığını bəyan etsələr də, hələlik heç bir nəticə yoxdur. 

Məsələ ilə bağlı geniş materialı BURADAN oxuyun. 

Xəbər 792 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR