İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxunub

İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, N Əhmədov Suriya və İraqda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2015-ci ilin iyunun 21-də Türkiyəyə, oradan Suriyaya gedib. N. Əhmədov Suriya, İraq və Azərbaycanın qanunvericilikləri ilə nəzərdə tutulmayan "İraq-Şam İslam Dövləti” – "İŞİD” adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçib.
 
Aktual.az
Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR