“İŞİD-ə qoşulan azərbaycanlılardan peşman olub qayıdanlar var”

“İŞİD-ə qoşulan azərbaycanlılardan peşman olub qayıdanlar var”

"İndi Azərbaycandan İŞİD-ə qoşulma faktı yox dərəcəsindədir".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Bu il ərzində Azərbaycandan bir nəfərin də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getmədiyini deyən Komitə sədri bildirib ki, əvvələr İŞİD silahlı biləşmələrinə qoşulanlardan peşman olub qayıdanlar var: "Çox təəssüf ki, bəziləri İŞİD-ə qoşulduqdan sonra çox böyük fəlakətlə üzləşiblər, hətta həlak olanlar da olub. Amma son zamanlar, yəni bu il ərzində dəqiq deyə bilərəm ki, Azərbaycandan bir nəfər də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getməyib".

M.Qurbanlı qeyri-qanuni silahlı birləşmələrə qoşulan ölkələr arasında Azərbaycanın adının hallanmadığını bildirb: "İŞİD-ə qoşulanlarların siyahısında demək olar ki, azərbaycanlıların sayı hallanmır. Çünki bizim ölkədən o qanunsuz silahlı birləşmələrə qoşulanların sayı çox cüzi olur. Əsas böyük ölkələrin adı həmin siyahıda hallanır". 

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR