Türkiyədə İŞİD terrorçu qruplaşmasına qarşı aparılan əməliyyat zamanı İŞİD rəhbərlərindən biri saxlanılıb.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Elazığ vilayətində bir müddət əvvəl Suriyadan gələn və İŞİD terror qruplaşmasının üzvü olduqları iddia edilən 7 nəfər saxlanılıb. Saxlanılanlar arasında qruplaşmanın nüfuzlu rəhbər şəxslərindən birinin və cəllad da olduğu iddia edilir.
Şübhəlilərin evlərində aparılan axtarış zamanı qruplaşmaya məxsus çox sayda sənəd aşkarlanıb.