İraq Kürd Regional Rəhbərliyinin (İKBY) Müdafiə Şurası ABŞ-ın İraqda bəzi hərbi qüvvələri silahlandırma planı çərçivəsində 3 briqada yaradılacağını açıqlayıb.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, yeni qurulacaq briqadalar birbaşa İŞİD-ə qarşı mübarizədə iştirak edəcək.
Xatırladaq ki, bu ilin aprelində ABŞ-ın Bağdaddakı səfiri Stuart Cons Konqresin ayırdığı 1,6 milyard dollarlıq büdcə çərçivəsində İraqda bəzi briqadaları silahlandıracaqlarını demişdi.