ABŞ illərdir və hətta əsrlərdir görünməmiş miqyasda əsasən günahsız xristianları təqib edən və vəhşicəsinə öldürən Nigeriyanın şimal-qərbindəki İŞİD terrorçularına güclü və ölümcül zərbə endirib.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Bu terrorçuları əvvəllər xəbərdar etmişdim, əgər xristianları qırmağı dayandırmasalar, cavab verməli olacaqlar və bu, bu gecə baş verdi”, - o bildirib.
Qeyd edək ki, noyabr ayında Tramp Nigeriyanı güclü bir zərbə ilə təhdid edərək, bu ölkədə xristianlara qarşı soyqırım olduğunu idda etmişdi.
Xəbər 56 dəfə oxunub.